Qəddafinin Kondaliza Rays sevgisi üzə çıxdı

qeddafinin-kondaliza-rays-sevgisi-uze-cixdi
Oxunma sayı: 1624

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin sarayında axtarışların nəticəsində çox maraqlı bir şəxsin fotoları ilə dolu albom aşkarlanıb. “Qafqazinfo”nun məlumatına görə, Qəddafinin ABŞ-ın sabiq dövlət katibi Kandaliza Raysın heyranı olduğu məlum olub. Polkovnikin Bab Ül Əziziyədəki iqamətgahında axtarışa çıxan müxaliflər burada siyasətçi qadının rəsmləri ilə dolu bir albom ələ keçiriblər.

Qeyd edək ki, 2007-ci ildə Əl Cəzirənin verdiyi bir reportajda Qəddafi Raysın ünvanına maraqlı ifadələr səsləndirmişdi: “Sevgili siyah afrikalı qadınımı dəstəkləyirəm. Ərəb liderlərinə əmr verdiyi üçün onunla qürur duyuram. Liza, Liza, Liza...Onu çox sevirəm. Onunla fəxr edirəm, çünki Afrika əsilli qaradərili bir qadındır”.

Səidə