Qəddafinin yəhudi qohumu üzə çıxdı

qeddafinin-yehudi-qohumu-uze-cixdi
Oxunma sayı: 672

“Qafqazinfo”nun məlumatına görə, Qita uşaqlıqda Liviya lideri ilə birlikdə oynadığını və diktator olmamışdan əvvəl onun “yaxşı oğlan” olduğunu deyib: “O, bizim evə, xalası Didinin yanına gələndə birlikdə oynayardıq. Mənim ailəm İsrailə köçənə qədər mən onunla görüşürdüm. O zaman onun 7, mənim isə 13 yaşım var idi”. Boaronun sözlərinə görə, Qəddafinin nənəsi onun nənəsi ilə bacı olub. Qəddafinin nənəsi yəhudi olub, islamı qəbul edib və yerli şeyxlə ailə qurub: “Qəddafi indi bədbəxt insandır, ona qarşı simpatiyam yoxdur. O, çox qəddarlıqlar edib və ölümə layiqdir. Bu baş verəcək, axı o öz millətindən olan nə qədər insanı öldürüb. Onun ürəyi mərhəmətli deyil, bu baxımdan o, bizə-yəhudilərə oxşamayıb”. Bununla yanaşı, Qita Boaron etiraf edib ki, Qəddafi hər zaman yəhudiləri sevib və onlara qarşı pis olmayıb.

Səidə