Qəddafinin yerinə adam tapıldı - Callud

qeddafinin-yerine-adam-tapildi-callud
Oxunma sayı: 652

Müxalifətçilər tərəfindən ələ keçirildiyi bildirilən Liviya lideri Müəmmar Qəddafinin oğlu Seyfülislam jurnalistlərə atasının yaxşı olduğunu deyib. “Qafqazinfo”nun məlumatına görə, paytaxt Trablusda qaldığı oteldə media işçilərinin qarşısına çıxan Seyfülislam onları Qəddafinin iqamətgahı Bab-Aziziyə aparıb. Qəddafinin tutulduğu bildirilən digər oğlu Məhəmməd isə ev həbsindən qaçıb.

Qeyd edək ki, Ərəb Birliyi müxalifləri ilk olaraq rəsmən tanıyıb və onlara dəstək olub. Daha sonra Misir və Fələstin də müxalifləri rəsmən tanıdıqlarını elan ediblər. NATO isə Qəddafiyə 48 saatlıq möhlət verib.

Təslim olmayacağı halda onun qərargahına bombalayacağını açıqlayıb. Qəddafinin ən gec 48 saat içərisində vəzifəsini tərk etməsi və qərargahına ağ bayraq asması tələb edilib.

Milli Keçid Şurası isə Qəddafinin təslim olmasından sonra ilk olaraq yeni konstitusiya hazırlayacaqlarını bildirib. Liviyanın gələcək lideri olaraq İtaliyaya qaçan Qəddafinin keçmiş sağ qolu Əbdüssəlam Callud göstərilir.

Səidə