“Qədir Rüstəmovun başında şiş tapılıb”

qedir-rustemovun-basinda-sis-tapilib
Oxunma sayı: 649

Bunu “Qafqazinfo”ya millət vəkili Aqil Abbas söyləyib. Hazırda öz səhhəti ilə bağlı Türkiyədə müalicə olunan A. Abbas bu gün Q. Rüstəmovu ziyarətə gedib. Həkimlər ona xalq artistinin komadan ayılacağı və yaşayacağı ilə bağlı ümid veriblər: “Həkimlər Qədirin səhhətilə yüksək səviyyədə məşğul olurlar. Əllərindən gələni edirlər ki, onu həyata qaytarsınlar. Başında əməliyyat aparıblar. Həkimlərin dediyinə görə, onun başında şiş tapılıb. Həmin şiş götürüldükdən sonra Qədirin həyatını xilas etmək mümkün olacaq”.

A. Abbas onu da bildirib ki, Q. Rüstəmovun səhhətilə İstanbulda Azərbaycan tərəfindən dövlət səviyyəsində hamı maraqlanır. Hətta Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov da bu gün onun səhhətilə maraqlanmaq üçün xəstəxanaya gəlib.

Nigar Məmmədli