Qənimət Zahidə 4 otaqlı ev verildi

qenimet-zahide-4-otaqli-ev-verildi
Oxunma sayı: 818

Ayəndə Mürsəliyeva Fransa paytaxtında yerləşdiklərini, vəziyyətlərinin yaxşı olduğunu vurğulayıb: “Uşaqlardan ötrü çox qorxurduq. Övladlarımız heç istəmirdilər ölkədən getməyi. Amma biz təhlükənin çox real olduğunu bilirdik, ona görə onları da məcbur etdik”.

Qənimət Zahidin 10-15 günə Azərbaycana qayıdacağını vurğulayan Ayəndə Mürsəliyeva Fransada onlara dördotaqlı mənzil verildiyini qeyd edib: “Şəraitimizdən narazı deyilik. Evimiz şəhərin sakit bir yerində, adi yaşayış kvartalındadır. İndi əsas problemimiz uşaqların təhsil məsələsini həll etməkdir. Dörd uşağın dördü də fransız dili kurslarına başlayıb. Bu prosesdən sonra böyük qızlar – Aysel və Çilənay fransız dilindən imtahan verəcək və özlərinə universitet seçib oxuyacaqlar. Kiçik qızımız Hunay və oğlumuz Ərhun isə orta təhsillərini davam etdirəcəklər”.

Ayəndə Mürsəliyeva Avropada yaşayan azərbaycanlılardan hələlik yalnız “Azadlıq” qəzetinin müxbiri olmuş Aqil Xəlillə görüşdüklərini bildirib: “Bilirsiniz ki, Aqil Xəlil də Parisdə mühacirətdədir. Aqil bizə Parisdə bələdçilik elədi. Uşaqların Paris haqqında ilkin təəssüratı müsbətdir, amma Bakını üstün bildiklərini deyirlər. Bizim uşaqlar, xüsusilə böyüklər ictimai cəhətdən çox fəal olublar. İndi deyirlər Parisdə adrenalin yoxdur. Görünür, Bakıdakı aksiyalardan ötrü darıxıblar. Parisin geniş meydanlarını görən kimi ilk reaksiyaları bu oldu: “Əcəb mitinq yeridir!”

Ayəndə Mürsəliyeva Parisdə boş dayanmayacağını, “Azadlıq” qəzeti üçün bəzi layihələr gerçəkləşdirəcəyini deyib: “Ola bilsin, Parisdə bir təşkilat da yaratdıq. Hələlik bu yöndə ideyalarımız var. İnşallah, gerçəkləşəndə hamı xəbər tutacaq”.