Qənimət Zahidlə bağlı bəyanat verildi

qenimet-zahidle-bagli-beyanat-verildi
Oxunma sayı: 646





Bəyanatda qeyd olunur ki, sentyabrın 9-da Dövlət Neft Şirkətinin bir qrup əməkdaşı məhkəmə qərarı və rəsmi xəbərdarlıq olmadan traktor və ekskavatorlarla tənqidçi jurnalist İdrak Abbasovun ailəsinə məxsus həyətə daxil olaraq evi uçurub, onun yaxınlarına fiziki xəsarət yetiriblər: “Hətfə boyunca “Azadlıq” qəzetinin internet saytının kiber hücumu ilə üzləşib, bunların nəticəsi kimi 3 gün ümumiyyətlə fəaliyyətini dayandırıb. Hər dəfə siyasi gündəmin qaynar vaxtında “Azadlıq” qəzetinə qarşı belə təxribatın baş verməsi şübhələrin hamısını Azərbaycan hakimiyyəti üzərinə cəmləşdirir. AXCP hesab edir ki, hakimiyyətin öz virtual arsenalını Azərbaycan həqiqətlərinin dünyaya çatdırmaq əvəzinə tənqidçi media orqanına qarşı işlətməsi cılızlıq, geridüşüncəlikdir. AXCP Naxçıvan Muxtar Respublikasına jurnalist fəaliyyətinin atrıq mümkünsüz hala gəldiyini də “SOS” kimi dəyərləndir.

AXCP jurnalistlərə və mediaya qarşı yenidən başladılan təqib təzyiq kampaniyasını şiddətlə pisləyərək, Azərbaycan hakimiyyətini söz azadlığı ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməyi tələb edir. AXCP dünya ictimaiyyətinə Azərbaycanda medianın daha da dözülməz şərtlə altında işləməyə vadar edilməsinə həssaslıq, diqqət göstərməsi üçün çağırış edir”.