Qənirə Paşayeva Bayburtla Tovuzu qardaş eləyir

qenire-pasayeva-bayburtla-tovuzu-qardas-eleyir-
Oxunma sayı: 638

Bayburt valisi Kərəm Al və Bayburt bələdiyyə başçısı Hacı Ali Polat Türkiyənin daim dost, qardaş Azərbaycanın və onun haqlı davasının yanında olduğunu bildiriblər.
Millət vəkili Qənirə Paşayeva Bayburt valisi Kərəm Al və Bayburt bələdiyyə başçısı Hacı Ali Polata Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar da təqdim edib.

Bayburt bələdiyyə başçısı ilə görüşdə millət vəkili Qənirə Paşayeva Türk dünyasının qədim yurd yerlərindən olan Bayburtla Tovuz rayonun qardaşlaşmış şəhərlər olması təklifini irəli sürüb və onun bu təklifi bələdiyyə başçısı tərəfindən dəstəklənib.

Millət vəkili Qənirə Paşayeva Bayburt valisi Kərəm Al və Bayburt bələdiyyə başçısı Hacı Ali Polatı Azərbaycana rəsmi səfərə dəvət edib. Bayburt valisi şəhər meydanında keçirilən festival tədbirləri zamanı millət vəkili Qənirə Paşayevaya şəhər valiliyinin xüsusi mükafatını təqdim edib. Görüş və tədbirlərdə Mahmud Kaşqari Fondunun icraçı direktoru, şair Elxan Zal, Yazıçılar Birliyinin üzvü, şair Akif Ədmədgil də iştirak edib.

Fatimə Kərimli