Qənirə Paşayeva “Hocalı Soykırımı Anma Tədbir”lərində çıxış edəcək

qenire-pasayeva-hocali-soykirimi-anma-tedbirlerinde-cixis-edecek
Oxunma sayı: 669

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımının 20-ci ildönümü ilə əlaqədar Türkiyənin Adana şəhərində Ceyhan bələdiyyəsi tərəfindən təşkil olunacaq "Hocalı Soykırımı Anma Tədbir”lərində çıxış edəcək.

Ceyhan bələdiyyəsi tərəfindən təşkil ediləcək tədbirlərdən birincisi 21 fevralda saat 14.00-da Adanada Çağ Universitetində təşkil ediləcək. İkinci tədbir 21 fevral saat 19.00-da Adana bölgəsinin Ceyhan şəhərində Devlet Bahçeli Tesislerində keçiriləcək.

Tədbirlərin keçirilməsində məqsəd Xocalı Soyqırımı, Dağlıq Qarabağ həqiqətlərinin daha geniş şəkildə yayılmasına nail olmaq, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verməkdir.

Tədbir çərçivəsində millət vəkili Qənirə Paşayeva və Qarabağın Azərbaycanlı İcmasının üzvü, sabiq millət vəkili Havva Məmmədovanın yazdığı və Türkiyə türkcəsində çap olunmuş "Hocalı Soykırımı: Tanıkların dilinden" kitabının təqdimatı da keçiriləcək.