Qənirə Paşayeva parkda –Fotolar

qenire-pasayeva-parkda-fotolar
Oxunma sayı: 663

“Qafqazinfo”nun məlumatına görə, millət vəkili Qənirə Paşayeva Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov ilə birlikdə şəhər statusu qazanmış Qovlar şəhərində yeni salınan və şəhər sakinlərinin istifadəsinə verilən parkı ziyarət ediblər.

Qeyd edək ki, Qovlar şəhərinin mərkəzində yerləşən və 4,8 ha sahəni əhatə edən parkda çoxlu sayda gül, ağac kolları və şam ağacları əkilib. Şəhər sakinlərinin asudə vaxtlarını yaxşı keçirmələri üçün hərtərəfli şərait yaradılıb.

Xatırladaq ki, 15 mindən artıq qızılgül kolunun və minlərlə ağacın olduğu park respublikanın ən böyük parklarından biridir.

Günel