Qənirə Paşayevadan yeni təklif

qenire-pasayevadan-yeni-teklif
Oxunma sayı: 646

“Qafqazinfo”nun məlumatına görə, millət vəkili bildirib ki, istər Azərbaycan parlamentinin, istər İraq parlamentinin bu ölkələr üzrə parlamentlərarası işçi qruplarının əlaqələri genişlənməkdə, İraq və Azərbaycan parlamentarilərinin bir birlərinə qarşılıqlı səfərləri artmaqdadır: “Lakin çox təəssüflər olsun ki, Azərbaycanın indiyə qədər İraqda səfirliyi fəaliyyət göstərmir. Nəzərə alsaq ki, İraq parlamentinin, o cümlədən İraq-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvlərinin bəziləri türkmən kökənli soydaşlarımızdır”.

Q. Paşayeva deyib ki, İraqda 3 milyon türkmən yaşayır: “Türkmənlərlə Azərbaycan türklərinin dili 98 faiz eynidir. O insanlar da İraqda Azərbaycanın səfirliyinin açılmasını istəyirlər. İraq-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri də bizimlə görüşdə bunu xahiş etdilər.”

Qənirə Paşayeva qeyd edib ki, Azərbaycan-İraq əlaqələri getdikcə genişlənir, İraq ətrafında yerləşən ölkələrin əksəriyyətində Azərbaycanın səfirlikləri var: “O zaman çox önəmli bir addım olardı ki, Azərbaycanın İraqda da səfirliyi fəaliyyət göstərsin.

Onu da nəzərinizə çatdırım ki, İraq parlamentinin, o cümlədən parlamentləarası işçi qrupunun üzvləri son vaxtlar Qarabağ məsələsini, Xocalı məsələsini İraq parlamentində qaldırırlar və çalışırlar ki, bu ölkə də bu məsələlərə öz ədalətli qiymətini versin. Belə olduğu təqdirdə, Azərbaycan səfirliyinin də bu proseslərdə iştirak etməsi çox əhəmiyyətli ola bilərdi. Ona görə xahiş edirəm ki, Azərbaycan parlamenti ölkəmizin İraqda səfirliyinin açılması məsələsinə öz dəstəyini göstərsin”.