Qənirə Paşayevanın xəstəliyi ilə bağlı açıqlama yayıldı

<b>Qənirə Paşayevanın xəstəliyi ilə bağlı açıqlama yayıldı</b>
Oxunma sayı: 860

Hətta Facebook istifadəçiləri arasında onun ölümcül xəstə olması ilə bağlı xəbərlər də dolaşmağa başladı. Amma Millət vəkinin şəxsi FACEBOOK profilində onun köməkçisi Firuzə xanım nəhayət ki, bu məsələyuə açıqlıq gətirdi. Açıqlamanı olduğu kimi sizə çatdırırıq.

"Bəzi insanların sosial şəbəkə səhifəsində millət vəkili Qənirə Paşayevanın bir toplantıda huşunu itirərək yıxılması, özünə gələ bilməməsi və ölümcül vəziyyətdə olması barədə yazdıqlarını ailəsi və yaxınları olaraq üzüntü ilə qarşiladıq. Doğrudur dekabrın 30-da gündüz saatlarında Qənirə xanım bir tədbir zamanı hüşünü itirib amma onun ölümcül vəziyyətdə olması, ağır xəstə olması xəbərləri doğru deyil. Həkimlər Qənirə xanımın səhəttində yaranmış problemin səbəbinin aşırı yorgunluq ,gərginlik, yuxusuzluq olduğunu deyirlər. Üstəlik Qənirə xanım ötən gün cəbhə bölgələrində idi və bir az soyuqlamışdı. Amma həkimlər Qənirə xanımın bir neçə gün həkim nəzarətində müalicə aldıqdan sonra tam sağalacağını və yenidən işinə dönə biləcəyini deyirlər. Ümid edirik ki, Qənirə xanımın ailəsini üzən bu kimi dedi-qodu xəbərləri geniş yayılmayacaq. Qənirə xanımın adından hamınızın bayramınızı təbrik edir, hər kəsə can sağlığı, xoşbəxtlik və uğurılar arzulayiriq. Firuzə(Qənirə xanımın köməkçisi) "

Qafqazinfo olaraq bizdə xanım millət vəkilıimizə acil şəfalar diləyirik.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi