Qərargah nümayəndəsi zəhərləndi

qerargah-numayendesi-zeherlendi
Oxunma sayı: 664


O bildirib ki, Sabirabadın Camallı kəndində bir necə gün əvvəl içməli sudan kütləvi zəhərlənmə ilə bağlı məlumat yayılıb. Həmin məlumatdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Sabirabadın Camallı kəndində olub və icməli suda kimyəvi maddələrin miqdarının artıq olduğunu bildiriblər. O. Gülalıyev deyir ki, bu faktı araşdırmaq üçün qərargah nümayəndələri Camallı kəndinə səfər ediblər. Məsələ ilə bağlı sakinlərlə görüşüb və hadisə barədə ətraflı məlumat alıblar.

Qərargahın nümayəndəsi Nəsrulla Nurullayev isə deyəsən, sakinlərin dediklərinə inanmayıb. O, zəhərli deyilən sudan içərək onun insan səhhətinə necə təsir etdiyini öz bədənində hiss etmək istəyib. Gülalıyev bildirib ki, təxminən 1 saat sonra N. Nurullayevin səhhəti pisləşib. Onda güclü öyümə, quşma başlayıb. Az sonra isə kəskin mədə ağrısı, mədə bulanması, baş ağrısı olub. N. Nəsrullayev dərhal həkimə müraciət edib. O. Gülalıyev bildirib ki, hazırda N. Nurullayevin vəziyyəti normaldır.

Koordinator aradan xeyli vaxt keçməsinə baxmayaraq, dövlət qurumlarının kəndin içməli suyunun təmizlənməsi üçün heç bir addım atmadığını bildirib. O, məsələylə bağlı aidiyyatlı dövlət qurumlarına müraciət edəcəklərini bildirib.