Qərargah rəhbərliyi polisə aparıldı

qerargah-rehberliyi-polise-aparildi
Oxunma sayı: 634

Bu barədə “Qafqazinfo”ya qərargahın koordinatoru Oqtay Gülalıyev məlumat verib. O, bildirib ki, görüşün keçirilməsində məqsəd son günlər kənd əhalisinin keçirdiyi aksiyaları müzakirə etmək və onların problemləri ilə maraqlanmaq olub. Amma görüş başlayan kimi polislər müdaxilə ediblər. O. Gülalıyev deyib ki, görüşün qarşısı alınıb və qərrgahın rəhbərliyinə daxil olan şəxslər Qaragüney Polis məntqəsinə aparılıblar. Hazırda onları polis dindirir.