Qərb seçkinin nəticələrini tanımadı

qerb-seckinin-neticelerini-tanimadi
Oxunma sayı: 637

Avropa Parlamenti Rusiyadakı son seçkilərlə bağlı qətnamə qəbul edib. Qətnamədə Rusiya hökuməti yeni parlament seçkiləri keçirməyə, bundan əvvəl isə bütün müxalifət partiyalarını qeydə almağa çağırılır.
Qətnamənin qəbul edilməsi ilə yanaşı, Avroparlamentin deputatları Avropa Birliyinin prezidenti Herman van Pompeyə, Avrokomissiyanın rəhbəri Joze Manuel Barrozoya və xarci siyasət üzrə komissar Ketrin Eştona da müraciət ediblər ki, qarşıdan gələn AB-Rusiya sammitində bu məsələlər gündəliyə daxil edilsin.
Deputatlar eyni zamanda bəyan ediblər ki, seçki pozuntuları ilə bağlı bütün faktlar üzrə təhqiqat aparılmalıdır. Onlar elan ediblər ki, Rusiyadakı etiraz mitinqləri xalqın azadlıq iradəsinin təzahürüdür və polisin onları dağıtması yolverilməzdir.
Xatırladaq ki, bir qədər əvvəl Rusiya XİN gözlənilən AB-Rusiya sammitində seçkilərlə bağlı məsələnin gündəlikdə olmadığı üçün müzakirə edilməyəcəyini bildirmişdi.

azadliq.info