Qəzada 1 nəfər öldü, 5 nəfər yaralandı

qezada-1-nefer-oldu-5-nefer-yaralandi
Oxunma sayı: 650

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, nəticədə, “Mercedes” markalı avtomobilin sürücüsü və sərnişin, həmçinin, “Daewoo” markalı avtomobilin sürücüsü və avtomobildə olan 3 sərnişindən ikisi yaralanaraq deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılmış vəziyyətdə qalıb, “Daewoo” markalı avtomobildə olan digər sərnişin, 1967-ci il təvəllüdlü Hümbətov Ağasəf Aslan oğlu isə həlak olub. Hadisə yerində cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları və A.Hümbətovun cəsədini nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil verib.