Qəzalar axırımıza çıxacaq - Bir gecədə 14 ölü

qezalar-axirimiza-cixacaq-bir-gecede-14-olu
Oxunma sayı: 647

Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumata görə, ötən gecə respublikanın avtomobil yollarında 19 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 14 nəfər ölüb, 22 nəfər xəsarət alıb.

Ölümlə nəticələnən ən ağır yol qəzası Qobustanda baş verib, 4 nəfər ölüb. Qəzaların böyük əksəriyyəti sürət həddinin aşması nəticəsində meydana gəlib.

Baş Dövlət Yol Polisi İdarəsi son zamanlar respublikanın avtomobil yollarında çoxsaylı insan itkisi ilə nəticələnən yol qəzalarından narahatlığını bildirir və sürücüləri diqqətli olmağa, sürət həddini aşmamağa çağırır.