Qəzetlərdə nə var? – Manşetlər

qezetlerde-ne-var-mansetler
Oxunma sayı: 672

“Yeni Müsavat” qəzetinin manşet xəbərində Qafqaz regionuna qoyulan irihəcmli investisiyalar haqqında məlumat verilir. “Oliqarxlarımızın milyardları Şimali Qafqaza axır” başlıqlı yazıda mövzuyla bağlı ətraflı məlumat yer alıb.


“Yeni Azərbaycan” qəzetinin manşet xəbəri “Prezident İlham Əliyev Rusiya Federasiyasının Həştərxan şəhərinin meri Sergey Bojenovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib” başlıqlı xəbərdir. Yazıda görüşün təfərrüatları yer alıb.

“Azadlıq” qəzetinin manşetində isə “Əliyevdən partiyaları qapatmaq göstərişi” başlıqlı xəbər dərc olunur. Xəbərdə parlamentdə təkpartiyalı sistemə keçid hazırlanması barədə məlumat da yer alıb.

“525-ci qəzet”in manşet xəbəri isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. “ABŞ Daqğlıq Qarabağ münaqişəsinin qısa zamanda həllinə ümid edir” başlıqlı yazıda ABŞ dövlət katibinin müavinin köməkçisi Erik Rubinin açıqlaması dərc olunub.

“Bizim yol”un manşetində “Britaniyanın Tehrandakı səfirliyi Bakıya köçdü” xəbəri yer alıb. Xəbərdə bununla və digər səfirliklərlə bağlı məlumat dərc olunub.

“Azərbaycan” qəzetinin manşeti “Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir” xəbəridir. Xəbərdə görüş haqqında ətraflı məlumat verilir.

“Xalq cəbhəsinin” manşet xəbərində Dövlət Neft Şirkətinin Türkiyəyə investisiya yatıracağı xəbər verilir. “Azərbaycan Türkiyədə qaz şəbəkəsi alacaq” başlıqlı xəbərdə mövzu ilə bağlı ətraflı məlumat yer alıb.

“Şərq” qəzetinin manşetində isə Böyük Britaniyanın iranlı diplomatları ölkəsindən qovduğu xəbər verilir. “48 saat vaxt verilib” başlıqlı xəbərdə olayın təfərrüatları yer alıb.

“Kaspi” qəzeti manşet xəbər olaraq “Peyvənddən təxminən 10 dəqiqə sonra halı pisləşdi” başlıqlı xəbər dərc edib. Qəzet dünyasını dəyişən 16 yaşlı şagird Namiq Salmanovun yas mərasimindən reportajı təqdim edib.

Hazırladı: Fatimə Kərimli