Qəzzafi əleyhdarlarının meyitxanası tapıldı

qezzafi-eleyhdarlarinin-meyitxanasi-tapildi
Oxunma sayı: 669

“Qafqazinfo”nun Türkiyə saytlarına istinadən verdiyi xəbərə görə, müxaliflər xəstəxanada bağlı saxlanılan bölməyə daxil olaraq bir uşaq da daxil olmaqla daha 17 nəfərin qalıqlarını tapıblar. Cəsədlərin çoxu Qəzzafiyə qarşı 1984-cü ildə edilən dövlət çevrilişindən sonra edam olunanlara aid olduğu deyilir. Xəstəxana həkimləri bu bölmənin ayrıca girişi olduğunu, işçilərin buraya girişinə və cəsədləri aparıb-gətirən şəxslərlə danışmalarına icazə verilmədiyini bildiriblər.
Qurbanların bəzilərinin kəllə sümüklərində güllə dəliklərinə bənzər boşluqların olduğu, bəzilərinin isə uzun zamandır ki, burada saxlandıqları diqqətlərdən yayınmayıb.

Səidə