Qəzzafi öldürülüb, yoxsa sağdır?

qezzafi-oldurulub-yoxsa-sagdir
Oxunma sayı: 650

Məlumatda Qəzzafi hakimiyyətdən əl çəkmək niyyətdə olması qeyd olunur. Qəzzafinin siyasi həyatdan çəkilmək üçün tək bircə şərtinin olduğunu söyləyən Xorvatiyanın keçmiş dövlət başçısı bu şərtin NATO qüvvələrinin bombardmanı dayandırmasıyla bağlı olduğunu deyib.
Qəzzafiyə yaxınlığıyla tanınan Mesiç, Xorvatiyanın “Hina” agentliyində yayımlanan açıqlamasında, "Qəzzafinin çoxpartiyalı sistem və islahatların aparılması məsələsinə mane olmayacağına dair söz verərək tamamilə siyasətdən çəkilməyə hazır olduğunu ona ötən həftə çatdırdığını", qeyd edib.
Mesiç bildirib ki, Liviya diktatoru NATO-nun bommardman əməliyyatını dayandıracağı halda geri çəkiləcəyini söyləyib.

Bu arada Liviya üsyançıları Tripolidə Muammar Qaddafinin iqamətgahını mühasirəyə alıblar.

Bu barədə Reuters agentliyinin müxbiri xəbər verir.

Şahidlərin sözlərinə görə, hazırda əsasən xarici jurnalistlərin yaşadığı Rixos hotelinin ətrafında ağır döyüş gedir.

Dünən həbs edildiyi bildirilən Qaddafinin oğly Saif əl İslam bu gün bu oteldə ortalığa çıxıb.

O həmçinin atasının şəhərdə olduğunu deyib.

NATO-nun nümayəndəsi Rolan Lavya (Roland Lavoie) şəhərin ümumilikdə üsyançıların əlində olduğunu, amma Qaddafi qüvvələrinin müqavimət göstərdiyini deyir.

Qaddafinin oğlu Saif əl İslamın həbsiylə bağlı üsyançıların məlumatı təsdiqlənməyib, o hələ də azadlıqdadır.

Dünya liderləri Qaddafini istefa verməyə çağırıblar.