Qəzzafi ölkədən 200 milyard oğurlayıb

qezzafi-olkeden-200-milyard-ogurlayib-
Oxunma sayı: 667

“Qafqazinfo”nun məlumatına görə, “Los Angeles Times” qəzetinin yazdığı xəbərdə qeyd edilir ki, bu məbləğ Qəzzafinin əvvəlki oğurladıqlarından iki dəfə çoxdur.
ABŞ, Avropa Birliyi və Liviaynın yeni hökumətinin apardığı araşdırmaların nəticlərinə görə, Qəzzafi dünyanın bütün böyük dövlətləri daxil olmaqla, Yaxın Şərq və cənub-şərqi Asiyanın bir çox banklarında pullarını saxlayırmış. Bundan başqa diktator xarici ölkələrdə mülklər alır və bir çox layihələrə sərmayə qoyurmuş.
Rəsmi dövlət idarələrinin hesabları formal şəkildə açılır, lakin bu hesablardan Qəzzafinin ailəsi asanlıqla pul çıxara bilirdi.
Qeyd edək ki, Liviyada etiraz aksyaları başdadıqdan sonra ABŞ Qəzzafinin hesabında 37 milyard dollar olan bank hesabını dondurmuşdu. Fransa, İtaliya, Böyük Britaniya və Almaniyanın hökumətləri də 30 milyard dollar olan hesablara həbs qoymuşdu. ABŞ və Avropa Birliyi ölkələri Qəzzafinin vasitələrini Liviyanın Milli Keçid Şurasına təqdim etməyə söz verib.