Qəzzafinin daha bir oğlu həbs edildi

qezzafinin-daha-bir-oglu-hebs-edildi
Oxunma sayı: 648

Devrilərək sonradan öldürülmüş Liviya lideri Müəmmər Qəzzafinin ikinci oğlu Səədi Qəzzafi gizləndiyi Nigerdə həbs edilib. ANS PRESS-in "Əl-Ərəbiyyə" telekanalına istinadən verdiyi məlumata görə, informasiya Liviya hökumətindəki mənbəyə istinadən yayılıb. Qəzzafinin Niger və Liviya hökumətlərinin koordinasiya edilmiş fəaliyyətinin nəticəsində Nigerin paytaxtı Niameydə həbs edildiyi bildirilir. Liviyanın yeni hökuməti Səədi Qəzzafinin həbsinə və ölkəyə ekstradisiya edilməsinə uzun müddət idi ki, lakin Niger hökuməti son anadək bu məsələdə Tripoliyə güzəştə getmək istəmirdi. Niger hökuməti Qəzzafinin oğlunu yalnız müstəqil məhkəmə sistemi olan Liviyaya verəcəyini bəyan etmişdi.

"İnterpol"la axtarışda olan Səədi Qəzzafi bu yaxınlarda telekanallardan birinə müsahibəsində Liviyanın yeni hökumətinin ölkədəki vəziyyətin öhdəsindən gələ bilmədiyini və bu müvəqqəti hökumətə qarşı üsyana başçılıq etmək niyyətində olduğunu demişdi.

Bu arada, "Reuters" agentliyi Qəzzafinin oğlunun həbs edilmədiyini, sadəcə Niamey şəhərində yaşayış yerini dəyişdiyini və onun hərəkətinin məhdudlaşdırıldığını xəbər verir. Agentliyin məlumatına görə, Liviyanın xarici işlər naziri Ben Xayal Niger rəsmiləri ilə görüşərək, Səədi Qəzzafi gələcək statusu müəyyənləşdirilənədək onun hərəkəti ev həbsi şəraitində məhdudlaşdırılacaq.

Qeyd edək ki, Müəmmər Qəzzafinin kiçik oğlu Səədi uzun müddət futbol üzrə Liviya millisinin üzvü olub və peşəkar futbolçu kimi tanınıb. O, Liviyada vətəndaş müharibəsi zamanı Nigerə qaçmağa müvəffəq olmuşdu.