Qəzzafinin oğlunun ölüm xəbəri yayıldı

qezzafinin-oglunun-olum-xeberi-yayildi
Oxunma sayı: 635

Bir az əvvəl əsir alındığı deyilən Mütəəssimin bu dəfə öldürüldüyü xəbər verirlir. “France Presse”in yaydığı məlumata görə, Milli Keçid Şurasının nümayəndəsi onun cəsədinin tapıldığını bildirib. “Biz onun cəsədini tapmışıq. Onunla bərabər keçmiş müdafiə nazirinin də cəsədini götürmüşük. Cəsədlər təcili yardım avtomobilində Misrataya göndərilib” – deyə, Keçid Şurasının silahlı qüvvələr komandanı Məhəmməd Leyt bildirib.