Qəzzafiyə görə üsyançılar pul tələb edirlər

qezzafiye-gore-usyancilar-pul-teleb-edirler
Oxunma sayı: 636

Onlar əsirlikdə saxlanılan Qəzzafinin böyük oğlu Seyfülislamın tutulması üçün vəd edilən pulu tələb edirlər. 39 yaşlı əsir ölkənin şimal-qərbində Zintan şəhərində saxlanılır. Milli Keçid Şurasına rədd cavabı verən üsyançılar 1.36 milyon dollar tələb edirlər. Liviyanın Beynəlxalq Cinayət Məhkəməsindəki təmsilçisi Əhməd əl-Cehani tələbi haqlı sayır. “Son aylarda gördükləri işə görə bu pul inqilabçıların haqqıdır”.

Beynəlxalq Cinayət Məhkəməsi Seyfülislamın verilməsini tələb etsədə, yerli hökümət onu vətəndə mühakimə etməyi düşünür.

azadliq.info