QHT Əməkdaşlıq Alyansı seçkilərə qatılacaq

qht-emekdasliq-alyansi-seckilere-qatilacaq
Oxunma sayı: 664

“Qafqazinfo”nun məlumatına görə, müzakirələrdə Şura üzvləri Alyansın bu seçkilərdə öz namizədləri ilə çıxış etməsi haqqında qərar verib. Müzakirələrin sonucu olaraq, qərara alınıb ki, Alyansın QHT-lərə Dövlət Dəstəyi Şurasında təmsil olunması üçün öz sıralarından və nüfuzlu QHT rəhbərlərindən namizədləri irəli sürülsün. Şura iclasında həmçinin o da qərara alınıb ki, Alyansın dəstəkləyəcəyi namizədlərin adları yaxın günlərdə ictimaiyyət üçün açıqlansın.
Daha sonra Şura iclasında Alyans üzvülüyünə qəbulla bağlı iki müraciətə baxılb. “XXI Əsrin Qadınları” İctimai Birliyi (sədr Mahirə Əmirhüseynova) və “Media Monitprinqi və Araşdırılması” İctimai Birliyinin (sədr Məzahir Aşirov) üzvlüklə bağlı müraciətləri müsbət dəyərləndirilib və bu təşkilatlar Alyans üzvlüyünə qəbul edilib.