QHT Əməkdaşlıq Alyansı yarandı

qht-emekdasliq-alyansi-yarandi
Oxunma sayı: 697

"Yerli QHT-lər: Maliyyə Problemləri və Beynəlxalq Donorlar" adli tədbirdə iştirakçılar QHT Əməkdaşlıq Alyansının yaradıldığını bəyan ediblər.

30 yaxın QHT-nin imzaladığı bəyannamədə deyilir:

Biz ictimai sektorun bir sıra nümayəndələri ölkədə vətəndaş cəmiyyətinin daha da gücləndirilməsinin vacibliyini, QHT-lərin düşdüyü maliyyyə çətinliyini nəzərə alaraq, “QHT Əməkdaşlıq Alyansı”nda birləşmək qərarına gəldik.

Hədəflərimiz:

1. QHT-lərin maliyyə problemlərinin həllində 3-cü sektorun, donorlar və hökumətlə dialoqunu təşkil etmək; 3-cü sektorun düşdüyü maliyyə çətinliyindən çıxarmaq üçün yerli və beynəlxalq donorlarla ikitərəfli və çoxtərəfli görüşlər təşkil etmək;
2. Azərbaycanda QHT Evinin (başqa sözlə QHT İnkibatoru, yaxud İctimai Bina) tikilməsi üçün dövlətin sərmayə yatırması təşəbbüsünün dəstəklənməsi;
3. Hər bir nazirliyin tərkibində İctimai Komitələrin yaradılması; QHT-lərin dövlət qurumları ilə vətəndaşlar arasında körpü rolunu oynaması;
4. Sosial sahibkarlıq ideyasının inkişaf etdirilməsi və Milli donorçuluq institutunun yaradılması;
5. Himayə Fondlarının (Endownment Fund) yaradılması təşəbbüslərinin dəstəklənməsi;
6. QHT-lərin qeydiyyat probleminin həllinə dəstək;
7. QHT-lər və ümumilikdə İctima Sektor ilə bağlı cari məsələlər üzərində ictimai müzakirələrin təşkili, tədqiqatların aparılması və dövlət siyasətinə təsir göstərmək üçün fəaliyyət.

Alyansın missiyası Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün dövlət siyasətinə təsir etmək və azad cəmiyyət quruculuğunda yaxından iştirak etməkdir.