QHT-lər dinozavrlara çevrilməkdədir

qht-ler-dinozavrlara-cevrilmekdedir
Oxunma sayı: 693

Sabah iyul 8-i saat 12.00-də Beynəlxalq Mətbuat Mərkəzində 100 yaxın QHT bir yerə gələrək QHT-Donor münasibətlərini müzakirə edəcək. QHT-lər donorların Azərbaycan QHT-lərinə get-gedə daha az maliyyə yardımı ayırmasından narahatdır. Onlar hesab edir ki, QHT-lər məhv olma mərhələsinə qədəm qoyublar və bu problemin dərinləşməsində beynəlxalq donorlar da yer almağa başlayıb. Təşkilatçılar “REGİON” Beynəlxalq Analitik Mərkəz, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İB-yi, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və “Himayədar” Humanitar Tərəqqi İB-dir.

Təşkilatçılardan bizə daxil olan məlumata görə "Yerli QHT-lər: Maliyyə Problemləri və Beynəlxalq Donorlar" adli tədbirdə Azərbaycanda fəaliyyət göstərən hər bir donor ayrı-ayrılıqda müzakirə olunaraq, tutduğu mövqeyə, şəffaflıq dərəcəsinə, açıqlığına görə qiymətləndiriləcək. Tədbrin əsas ana xətti QHT və Donor münasibətlərini yeni mərhələyə çatdırmaq və onlar arasında səmimi və konstruktiv dialoqu davam etdirməkdir. Bununla bərabər, tədbirdə yekun sənədin qəbul edilməsi və donorlara göndərilməsi nəzərdə tutulur. Təşkilatçılar qeyd edir ki, hökumətin QHT-lərə Dövlət Dəstəyi Şurasının xətti ilə ayırdığı maliyyə yardımı da çox məhduddur və QHT-ləri xilas edə bilməz. Buna görə də QHT-lər dinozavrlara çevrilməkdədir. Qəti və təxirəsalınmaz tədbirlər görülməzsə, onların da dinozavrlar kimi “nəsli kəsiləcək”.