QHT rəhbərləri prezidentə təşəkkür etdilər

qht-rehberleri-prezidente-tesekkur-etdiler-
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, tanınmış QHT rəhbərlərinin bu münasibətlə ölkə prezidentinə ünvanladığı müraciətdə deyilir:

“Ölkənin vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, Sizin növbəti humanist təşəbbüsünüzü alqışlayırıq. Dünyanın aparıcı ölkələrində bu sayaq sosial xidmətlərin həyata keçirilməsi vətəndaş cəmiyyəti qurumları, o cümlədən xeyriyyə təşkilatları, dini təsisatlar və ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilir. Dövlət tərəfindən atılan bu humanitar addım ölkənin vətəndaş cəmiyyəti üçün ciddi çağırışdır. Hesab edirik ki, bu humanist təşəbbüs ölkənin vətəndaş cəmiyyətinin səfərbər olmasına, ayrı-ayrı QHT-lərin sosial xidmətin bu sahəsi üzrə təşəbbüslərlə çıxış etməsinə gətirəcəkdir.”

Məlum olduğu kimi, həmin sığınacaqlardan evi olmayan, yolda qalmış insanlar, digər sosial çətinliklər yaşayanlar müvəqqəti istifadə edirlər.

“Hazırda Milli Məclisdə “Sosial Xidmət haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə olunmaqdadır. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə “Sosial Sifariş haqqında” qanun layihəsi hazırlanmışdır. Ümid edirik ki, bu qanunların qəbul olunması da bu və ya digər səbəblərdən daimi yaşayış yerinə malik olmayan insanlara müxtəlif xarakterli yardımların edilməsində vətəndaş cəmiyyəti qurumlarına əlavə imkanlar yaradacaqdır,” – müraciətdə deyilir.

Müraciəti QHT rəhbərləri Sahib Məmmədov, Əliməmməd Nuriyev, Gülnarə Hüseynova, Vüqar Qədirli, Mehriban Zeynalova, Məhərrəm Zülfüqarlı, İsmayıl Ağayev və başqaları imzalayıblar.