QHT Şurası anım tədbiri keçirdi - Fotolar

qht-surasi-anim-tedbiri-kecirdi-fotolar
Oxunma sayı: 653

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə çıxış edən Şura sədri Azay Quliyev Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışıb. Şura sədri A.Quliyev 90-cı illərdə ictimai sektorun formalaşdırılması istiqamətində atılmış ilk addımlarda, QHT qanunvericilik bazasının yaradılmasında Heydər Əliyevin məsləhət və tövsiyələrinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Bu gün ölkə QHT-lərinə verilən hərtərəfli dövlət dəstəyini, o cümlədən QHT-lərin büdcədən maliyyələşdirilməsini Heydər Əliyev siyasətinin ölkə prezidenti İlham Əliyev tərəfindən vətəndaş cəmiyyəti quruculuğu sahəsində görülən işlərin uğurlu davamı kimi qiymətləndirən Şura sədri QHT sektorunu ulu öndərin xatirəsini həmişə əziz tutmağa, onun müstəqil Azərbaycan naminə yaratdığı milli dəyərlərə sadiq olmağa çağırıb.
Mərasimdə xalq şairi Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemasının Şuranın dəstəyilə hazırlanan audio diski təqdim olunub.

Tədbirdə çıxış edən millət vəkilləri Fəttah Heydərov, Eldar İbrahimov, Mübariz Qurbanlı, Musa Quliyev ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini danışıblar, ümummilli liderin siyasi irsinin, həyat və fəaliyyətinin öyrənilməsinin, layiqincə təbliğ olunmasının mühüm əhəmiyyət daşıdığını və bu işə ölkə QHT-lərinin cəlb edilməsinin vacibliyini qeyd ediblər.