Qırmızı dekoltemi geyinim, yoxsa mavini?

qirmizi-dekoltemi-geyinim-yoxsa-mavini
Oxunma sayı: 674

Əlbəttə ki, bu qadına öz təsirini göstərir. Barışırlar və barışıqlarını qeyd etmək üçün gecə getdikləri restoranda qadın mükəmməl görünməlidi. Qadın gözünə döndüyüm də yorulmaz-ərinməz bu xəbəri çıxarır statusa, dostlarıyla müzakirəyə. ”BU GECƏ ƏRİMLƏ RESTORANDA ŞAM EDƏCƏYƏM. BİLMİRƏM, HANSI DEKOLTEMİ GEYİNİM? QIRMIZINI GEYİNSƏM YAXŞI OLAR, YOXSA MAVİNİ? Qadının dostluğunda 5000-ə yaxın insan vardı və 3520 “like” qırmızıya , 856 “like” maviyə gəlmiş, səs çoxluğuyla qırmızı dekolte qazanmışdı. Saat 21:00 -da olacaq görüş, saat 22:10 olsa da hələ baş tutmamışdı. Kişi durmadan yazır ki, nə oldu, niyə gəlmirsən?! Qadın da cavab yazır ki, əzizim, bir az gözlə, qırmızımı, yoxsa mavimi geyinəcəyimə qərar verə bilmirəm. Səsvermə tam bitsin, gələcəm.
Daha səbrim çatıb ondan sonrasını gözləyə bilmədim. Bilmədim axırı ki, o kişiyə restoranda zövcəsini görmək nəsib oldu, ya elə kişi restoranda, qadın evdə nootbuklarında şam yeməyinin reallaşa bilməyən təsvirlərini bölüşdülər dostlarıyla? Bilmək daha heç maraqlı da deyildi. Bu şəbəkə virusuna, facebook xəstəliyinə tutulmuş iki insan çətin ki, artıq daha çox reala çevrilmiş virtualdan ayrılıb gerçək həyata adaptasiya oluna bilsinlər. Gör, insanlar hansı yerə gəlib çatıblar ki, hansı paltar geyinib-geyinməyəcəklərini belə facebookda məsləhətləşərək həll edirlər? Düzdür, virtual azad fikri əngəlləməmək üçün böyük imkanlar verir insanlara. Amma daha həyatını virtuala çıxart, şəxsi problemlərini insanların səs verməsiylə həll et, demir də... Əvvəllər insanlar boş vaxtlarında kinoya, teatra, konsertə və s. əyləncə məkanlarına gedərdilərsə, indi yemək sifarişlərini belə kompyuter qarşısında verir, şəbələkərdə itib-batırlar. İşləri-gücəri də budur, ailələri-uşaqları da, əyləncələri də. Facebookda tanış olub ailə quran insanlar çox olsa da, facebook ucbatından ailəsi dağılan insanlar daha çoxdur və bu vəziyyət dünyada artıq sürətlə artmaqdadır. Artıq boşananların vəkillərə və psixoloqlara müraciəti zamanı boşanma səbəbləri ararasında Facebook çox söylənilənlər sırasındadır.
Şəbəkələrin yaradılma səbəblərinin fərqli olduğunu anlayanlar və faydalı məqsədlər üçün istifadə edənlər olsa da, bəzi qaqaşlar virtuala “qız tutmaq” məkanı kimi baxırlar.
Bir dəfə İki qaqaş qarşıyla söhbət edə-edə gedirdi:
- Alə, dünən Facebookda gördün qonşumuz Eminin bacısı Gülnazı?
- O da ordadı? Vay-vay-vay, yaxşı qız bilirdim, alə, onu?!
- Yox, alə! O gün bir status paylaşıb, azı 12 oğlan “like” eləmişdi.
Bu da bizim “səviyyəli” cayıllarımızın texnika, internet anlayışı. İnkişaf belələrinin yanından keçməyinə keçib, amma təəəssüf, ildırım sürətiylə keçib; dünyada internetin, şəbəkənin, olduğunu eşidib, amma mahiyyətini anlaya bilməyib. İnternet yaradılanda yəqin ki, yalnız kişilər üçündür deviziylə yaradılmayıb. Tapılmayan kitabları, filmləri, musiqiləri, informasiyaları operativ şəkildə əldə edib oxumaq və maraq dairəsini genişləndirmək baxımından internet əvəzsiz vasitədir. Lakin komputerin qarşısında çox oturmağın gözləri, yaddaşı və sinir sistemini pozmağı və orqanizmdə bir çox mutagen dəyişikliklərə səbəb olmağı ilə yanaşı, psixi asılılıq yaratmağı da var. Özü də facebook, twitter, mail.ru aslılığı siqaret, narkotika, dərman asılılığına bənzəməz. Gizli gedən proses olub, çox təhlükəli və yoluxucudur. Etimalogiyası—mənşəyi məlum olmayan virus xəstəliyidir. Müalicəsi yoxdur. Profilaktika olaraq insanlarla reallıqda daha çox ünsiyyət qurmaq və real əyləncələrə daha çox meyl göstərmək məsləhətdir.
İnterneti təbliğ edən belə bir “slogan” var: “İnternet dünyanı evinizə gətirər”. Məncə, 2 və ya 3 otaqlı evinizə dünyanı gətirib, yerinizi dar etməkdənsə, internetdən dünyaya çıxış vasitəsi kimi istifadə etmək daha yaxşı olardı.