Qızı şantaj edən oğlanın başını kəsdilər - Qisas

qizi-santaj-eden-oglanin-basini-kesdiler-qisas
Oxunma sayı: 670

Lənkəranın Avrora qəsəbəsində hər kəsi şoka sala biləcək ailə faciəsi baş verib. “Qafqazinfo”nun məlumatına görə, qəsəbə sakini Amid Əliyev yaşadığı Rusiya Federasiyasında xüsusi işgəncə ilə qətlə yetirilib. Onu qətlə yetirənlər də öz soydaşlarımız olub.

Qətlin başvermə səbəbləri və təfərrüatları haqqında redaksiyamıza maraqlı bir məlumat daxil olub. Belə ki, 25 yaşlı Amid Əliyev hələ Rusiyaya getməmişdən qabaq lerikli bir qızla sevgi münasibətləri yaşayıb. Onlar əvvəl bir-birlərini seviblər. Sonra qızı ailəsi başqa biri ilə nişanlayıb. Qızdan əl çəkməyən Amid onu şantaj etməyə başlayıb və qıza bir zamanlar aralarındakı münasibətləri lentə aldığını və həmin kadrları internetdə yayacağını deyib. Bu məzmunda qıza bir çox hədələyici zənglər də gəlib. Baş verənlərdən şoka düşən qız özünü asaraq intihar edib.

Adını dəqiqləşdirə bilmədiyimiz həmin xanımın dayıları Amid Əliyevdən qisas almaq üçün hərəkətə keçiblər. Onlar yaşadıqları Rusiyada Amid Əliyevi tapıblar və onun əməllərinin cavabı kimi başını kəsərək qətlə yetiriblər.