Qızını gözəllik salonunda işlədiyinə görə baltaladı

qizini-gozellik-salonunda-islediyine-gore-baltaladi
Oxunma sayı: 660

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, qətlin səbəbi şərəf məsələsi olub. 32 yaşlı qadın gözəllik salonunda işləməyə qərar verib, atası isə qızının bu seçiminə görə utanc hissi keçirib.

Faciəvi hadisə Adiala şəhəri yaxınlığında olub. Təqsirləndirilən Əllas Ditta qızını evinin yaxınlığındakı meşəyə aparıb və ağaca bağlayıb. Sonra isə qadına balta ilə zərbələr endirməyə başlayıb. Aldığı xəsarətlərdən Şagüftə adlı qadın dünyasını dəyişib.

Hadisəyə Şagüftənın kiçik bacısı da şahid olub. Onun qardaşı Fiaz Əlinin polisə verdiyi məlumata görə, valideyninin qəzəbinə səbəb qızın gözəllik salonunda işə düzəlməsi olub. Belə bir təklif Şagüftəyə evində qulluqçu işlədiyi işgüzar qadın tərəfindən verilmişdi.