QMİ-dən gey-parad açıqlaması

qmi-den-gey-parad-aciqlamasi
Oxunma sayı: 643

“Qafqazinfo” xəbər verir ki, bu açıqlamanı QMİ-nin mətbuat xidməti İran İslam Respublikasının Bakıdakı səfirliyinin dünən yaydığı Bəyanata cavab olaraq verib. Açıqlamada bildirilir ki, bununla QMİ-yə bildirilən iradların heç bir əsası yoxdur: “Azərbaycan dövləti və cəmiyyətimiz də belə bir aksiyanın əleyhinədir və beynəlxalq musiqi tədbiri çərçivəsində belə bir halın baş tutacağı ilə bağlı ehtimal yürütməyə heç bir əsas yoxdur. Rəsmi səviyyələrdən QMİ-yə məlumdur ki, Bakıda milli-mənəvi dəyərlərimizə zidd hər hansı aksiya keçirilməyəcək və deməli, narahatçılığa ehtiyac yoxdur.

Lakin narahatlıq doğuran məqam bundan ibarətdir ki, olmayacaq tədbir ətrafında səngiməyən söz-söhbətlər qonşu dövlətlərimiz, xalqlarımız arasında münasibətlərə xələl gətirən xoşagəlməz meyllər yaradıb. QMİ olaraq, hər iki tərəfdən dövlət rəmzlərinin, dövlət və din xadimlərinin təhqir olunması kimi yolverilməz halları qətiyyətlə pisləyir və belə hallara son qoyulmasına çağırırıq”.