QMİ qanvermə aksiyası keçiriləcək ünvanları açıqladı

qmi-qanverme-aksiyasi-kecirilecek-unvanlari-aciqladi
Oxunma sayı: 640

Bu barədə məlumatı ANS PRESS-ə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova verib. Aksiya Səhiyyə Nazirliyinin briqadaları ilə birgə təşkil olunub.

Aksiyanın keçiriləcəyi yerlər aşağıdakılardır:

Təzəpir məscidi
Hacı Soltanəli məscidi
Bibiheybət məscidi
İçərişəhər "Cümə" məscidi
Qaraçuxur məscidi
Mir Mövsüm Ağa məscidi
Keşlə qəsəbə məscidi
Sumqayıt "Cümə" məscidi
Gəncə - "İmamzadə" məscidi
Mingəçevir - "Heydər" məscidi
Şəki şəhər məscidi
Lənkəran şəhər "Böyük bazar" məscidi
Bərdə - "Cümə" məscidi

QMİ Məhərrəm ayı münasibəti ilə dərin hüznlə başsağlığı verir, müsəlmanlara Allah -Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn (ə) əzadarlığını İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyə edir. Aşura mərasimlərini məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilmək tövsiyə edilir.

"Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir. Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən, xalqımız tərəfindən təqdir edilən və İmam Hüseyn (ə) naminə tibbi ehtiyaclar üçün qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir", -deyə QMİ bildirir.