Qol.az-ın 3 yaşı tamam olur

qolaz-in-3-yasi-tamam-olur
Oxunma sayı: 820

Qol.az saytı 2008-ci ilin noyabrın 17-də fəaliyyət başlayıb və qısa müddət ərzində populyar idman-xəbər saytına çevrilə bilib.
Qol.az saytı ölkənin və dünyanın idman yarışlarından operativ xəbərləri ilə özünə oxucu auditoriyası toplaya bilib. Bu az müddət ərzində sayt mükafatlara da layiq görülüb.
2009-cu ilin yekunlarına görə bu populyar idman-xəbər saytı “Milli net” mükafatının “İlin ən yaxşı idman saytı” nominasiyasında birincilik qazanıb.
“Qafqazinfo” Qol.az saytının əməkdaşlarını ad günləri münasibətilə təbrik edir, maaqlı idman xəbərləri, Azərbaycan idmançılarının qazandığı uğurların ilk müjdəçisi olmasını arzu edir.