Qonaqların hamısı Azərbaycandadır - Fotosessiya

qonaqlarin-hamisi-azerbaycandadir-fotosessiya
Oxunma sayı: 636

“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Meksikanın milli komandası artıq Bakıdadır. Onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi maskotu Top Top Qız qarşılayıb. Qarşılama ənənəsinə sadiq qalaraq, Top Top Qız bu dəfə də qonaqlara gül buketləri təqdim edib. Daha sonra isə qrup şəkli çəkdirən futbol üzrə U-17 qadınlardan ibarət milli komandalarının oyunçuları və nümayəndə heyəti qalacaqları otelə yola düşüblər.

Qeyd edək ki, bütün komandalar bu cür diqqətli və qonaqpərvər qarşılanmadan, mehriban münasibətdən məmnun olduqlarını bildiriblər.
Xatırladaq ki, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-in açılışına iki gün qalıb.