Qondarma “erməni soyqırımı” klipində Xocalı kadrları - Video

qondarma-ermeni-soyqirimi-klipinde-xocali-kadrlari-video
Oxunma sayı: 671

Ermənistanı bu ilin may ayında Bakıda keçiriləcək “Eurovision-2012” mahnı Yarışmasında təmsil etməyə namizəd olan Lucia Moon klipində Xocalı soyqırımını Erməni soyqırımı kimi təqdim edib. “Qafqazinfo”nun əldə etdiyi bu klipdə qondarma “erməni soyqırımı”ndan bəhs olunur. Müğənni 1992-ci il fevralın 26-da Xocalıda erməni qoşun birləşmələri tərəfindən həyata keçirilən soyqırım əməliyyatından olan ən dəhşətli fotoları “Deir Ez-Zor” mahnısına çəkilən klipdə, ermənilərin soyqırıma məruz qalmalarına sübut kimi göstərib: “Bu mahnı 1915-1924-cü illərdə baş verən Erməni soyqırımına həsr olunub. Bu mahnımla dünyaya genosid həqiqətlərimizi çatdırmaq istəyirəm”.

Klipə baxsanız Bakı əsilli erməni qızının Azərbaycana necə “Ləziz hisslər”lə gəlməyə hazırlaşdığını görəcəksiniz...

http://www.youtube.com/watch?v=Qtu5eTm73fo&feature=related


Nigar Məmmədli

LuciaMoon.flv