Qondarma “soyqırımı” hansı ölkələr tanıyıb? - Siyahı

qondarma-soyqirimi-hansi-olkeler-taniyib-siyahi
Oxunma sayı: 676

“Qafqazinfo” 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyan ölkələrin siyahısını hazırlayıb.

İçveç parlamentində ötən aylarda keçirilən səsvermə ilə ermənilərin yalançı iddialarını qəbul edən ölkələrn sayı 20-yə yaxınlaşıb.

Uruqvay 1965, 2004, 2005-ci illərdə bu iddiaları qəbul edib.

Kiprin yunan hissəsi 1982-ci ildə bu sıraya qoşulub.

Argentina 1993, 2003, 2004, 2005, 2006, 2007-ci illərdə 6 dəfə bu yalana meydan verib.

Rusiya 1995 və 2005-ci illərdə “soyıqırmı” qərarına gəlib.

Kanada 1996, 2000 və 2004-ci illərdə bu məsələni gündəmə gətirib və hər üçündə qərar qəbul edib.

Yunanistan 1996-cı ildə qondama “soyqırımı” tanıyıb.

Livanda erməni lobbisinin fəaliyyəti 1997 və 2000-ci illərdə öz “bəhrəsini” verib.

Belçika 1998-ci ildə İtaliya 2000-ci ildə ermənilərin xeyirinə qərar çıxarıb. Vatikan da İtaliya ilə eyni ildə belə bir qərar qəbul edib.

Fransa 2001-ci ildə bu “soyqırımı” tanıyıb. Artıq 22 dekabr 2011-ci ildən bu ölkədə “soyqırımı” inkar etmək cinayət sayılır.

İsveçrə 2003, Slovakiya, Hollandiya 2004, Polşa, Almaniya, Litva 2005, Çili 2007-ci illərdə yalançı iddianı parlament qərarı ilə təsdiqləyib.

ABŞ-da məsələnin gündəliyə gəlməsindən sonra İçveç “soyqırımı” qanuna meydan açıb və ermənilərin lehinə qərar verib.