Qorbaçov Putinlə Medvedevi yıxdı-sürüdü

qorbacov-putinle-medvedevi-yixdi-surudu
Oxunma sayı: 641

Rusiya mətbuatının yazdığına görə, Berlində “Dünyanı dəyşmiş insan” mükafatının təqdimatından çıxış edən Qorbaçov Rusiyaya rəhbərlik edən tandemlə bağlı fikirlərini açıqlayaraq bildirib ki, Medvedevlə Putinin hakimiyyətdən getməyinin vaxtı çatıb. Onun sözlərinə görə, yeni qüvvələrin siyasətə gəlişi təmin edilməsə, azad seçki keçirmək mümkün deyil.

“Dövlətin taleyi çox ciddi zərbə ilə üzləşə bilər. Yeniləşmə olmasa, partlayış baş verə bilər”, - deyə o vurğulayıb.

Sabiq prezident Rusiyanın hazırki rəhbərərini korrupsiyaya dəstək verməkdə günahlandırıb.