Qorbaçov referendum təklif etdi

qorbacov-referendum-teklif-etdi
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, Mixail Qorbaçovun bu mövqeyini “Novoya qazeta” dərc edib.

Qorbaçov refendum vasitəsilə Rusiya Konstitusiyasının yenilənməsini və “mütləqiyyətin” ləğvini tələb edib. Mixail Qorbaçov bildirib ki, Dövlət Dumasına keçirilən seçkilərdən sonra başlanan etiraz aksiyaları sübut etdi ki, rus xalqı ayrı-ayrə adamların dəyişdirilməsini deyil, Rusiyada mövcud olan siyasi sistemin dəyişdirilməsini istəyir: “Dekabr hadisələri sübut etdi ki, Rusiya cəmiyyətiöz hüquqlarını bəyan etməyə qadirdir”.

Qorbaçov Rusiyada baş verənləri ciddi siyasi və konstitusiya böhranı kimi dəyərləndirib.