Qorbaçov təyyarə qəzasında öldü

qorbacov-teyyare-qezasinda-oldu
Oxunma sayı: 665

“Qafqazinfo”nun “İnterfaks”a istinadən əldə etdiyi məlumata görə, Rusiya Müdafiə Naziriliyinin əməkdaşı polkovnik İqor Konaşenkov bildirib ki, təyyarə Permdən 11 km aralıda radarladan itib, sonradan qəzaya uğradığı orataya çıxıb.
Perm vilayətinin qubernatoru Oleq Çirkunov qəza nəticəsində yerli əhali arasında ölənlərin olmadığını deyib.
Axtarış qrupu hadisənin baş verdiyi ərazidə pilotların cəsədinin qalıqlarını tapıb. Həlak olanlardan birinin polkovnik Stolpyanskiy, o birinin isə mayor Qorbaçov olduğu xəbər verilir.
Hadisə yerinə Rusiya Müdafiə Nazirliyinin müvafiq komissiyası gəlib. Qəzanın baş vermə səbəbləri ilə bağlı hərbi prokurorluq təhqiqata başlayıb.