Qubada bəyi toyda zəhərlədilər

qubada-beyi-toyda-zeherlediler
Oxunma sayı: 730

Dünən Rayonun Bərqov kəndində keçirilən toy mərasimində baş verən zəhərlənmə faktı ilə bağlı Quba rayon Mərkəzi Xəstəxanasına 20 nəfər müraciət edib. Zəhərlənən 3 nəfəri vəziyyəti ağırdır. Onlardan 2-i azyaşlı biri isə yaşlı Bərqov kənd sakinləridir.

Quba rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin müdiri Nizami Gülaliyev jurnalistlərə açıqlamasında bildirib ki, 5 nəfər ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. Digər 12 nəfərin isə vəziyyətinin orta ağır olduğu bildirilir. Nizami Gülaliyevin sözlərinə görə, onların həyatı üçün təhlükə yoxdur.

Zəhərlənmənin səbəblərinin araşdırılması üçün Quba rayon Gigiyena və Epidemiologiya şöbəsinin əməkdaşları Bərqov kəndinə yollanıb.

Qeyd edək ki, zəhərlənənlər arasında toyu olan bəy də var. Faktla bağlı araşdırmalar davam etdirilir. /APA/