Qüdrət Həsənquliyev köklü struktur islahatları apardı

qudret-hesenquliyev-koklu-struktur-islahatlari-apardi-
Oxunma sayı: 653

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib. Bu barədə “Qafqazinfo”ya açıqlamasında partiya funksioneri Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, sessiyada sədr aparatının əsasnaməsində dəyişiklik edilib, Ali Məclisə yeni sədr seçilib. Vaqif Abışov yekdilliklə Ali Məclisin sədri seçilib. Bu günə qədər BAXCP-nin Gənclər üzrə sədr müavini vəzifəsini tutan N. Orduxanlı isə sədrin ictimai-siyasi məsələlər üzrə müavin vəzifəsinə təyin olunub.

Q. Həsənquliyevin digər təqdimatı ilə həkim Dünyamalı İmaməliyev humanitar məsələlər üzrə, Telman Siyabov ideoloji məsələlər üzrə müavinlər təyin ediliblər.

Qeyd edək ki, BAXCP Ali Məclisinin yeni sədri Lənkəran AXC-nin ilk sədri və Elçibəyin köməkçisi vəzifəsində çalışıb.

Sessiyada həmçinin ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Q. Həsənquliyevin məruzəsi dinlənilib.