Qüdrət Həsənquliyevdən musiqi təşəbbüsü

qudret-hesenquliyevden-musiqi-tesebbusu
Oxunma sayı: 685

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev hər kəsi «Azad musiqi torpaqları işğal altında olan ölkədə» kampaniyasına qoşulmağa və dəstək verməyə çağırıb. Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, 2012-ci ildə Bakıda keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsi öncəsi bəzi xarici qüvvələr ölkəmizin nüfuzuna xələl gətirmək və bu müsabiqənin gətirəcəyi pozitiv dividendləri öncədən şübhə altına almaq üçün müxtəlif vasitələrə əl atırlar: “Bu məqsədlə bir neçə gün öncə fəaliyyət istiqamətləri və prioritetləri hər kəsə bəlli olan bir qrup nüfuz müvvəkili tərəfindən «Azad musiqi azad olmayan ölkədə» adlı təxribat xarakterli kampaniyaya başlanılıb. Qeyd edək ki, Azərbaycanın «Eurovision-2011» mahnı müsabiqəsində qələbəsindən sonra bəyanatla çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) ölkənin bütün siyasi qüvvələrini 1 il müddətinə kütləvi aksiyalara moratorium qoymağa çağırmışdı. Bu dəfə isə BAXCP-nin sədri, millət vəkili Qüdrət Həsənquliyev «Eurovision-2012» mahnı müsabiqəsi öncəsi diqqəti Azərbaycan torpaqlarının işğalına yönəltmək üçün yeni təşəbbüslə çıxış edib və ölkənin ərazi bütövlüyünün bərpa olunmasını arzulayan hər kəsi «Azad musiqi torpaqları işğal altında olan ölkədə» kampaniyasına qoşulmağa və dəstək verməyə çağırıb”.