Quran ayəsi sonadək tərcümə olunmayıb

quran-ayesi-sonadek-tercume-olunmayib
Oxunma sayı: 674

“Qafqazinfo”nun məlumatına görə, Elşən Mustafaoğlu bu barədə Facebook səhifəsində qeyd edib: “Hörmətli şərqşünas-alimlər Z.M.Bünyadov və V.M.Məmmədəliyev Qurani-Kərimin Bəqərə surəsinin 140-cı ayəsini tərcümə edərkən, ayəni tam tərcümə etməyiblər. Yəni ayə sonadək tərcümə olunmayıb, naqis, yarımçıq qalıb:

“Yoxsa siz İbrahimin, İshaqın, Yəqubun və onun övladının (nəslinin) yəhudi və ya xaçpərəst olduqlarını iddia edirsiniz? Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir.”

(Quran-Kərim, Ərəb dilindən tərcümə edənlər: Z.M.Bünyadov, V.M.Məmmədəliyev. 2003, səh.23.)

İlhaiyyətçi alim yazır ki, əslində isə Bəqərə surəsinin 140-cı ayəsi belə tərcümə olunmalıydı:

“Yoxsa siz İbrahimin, İshaqın, Yəqubun və onun övladının (nəslinin) yəhudi və ya xaçpərəst olduqlarını iddia edirsiniz? DE: SİZ YAXŞI BİLİRSİNİZ, YOXSA ALLAH? ÖZÜNDƏ ALLAHDAN GƏLƏN BİR ŞAHİDLİYİ (BİR ŞEYİ) BİLƏRƏKDƏN GİZLƏDƏN KƏSDƏN DAHA ZALİM KİM OLA BİLƏR? Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir.”

Elşən Mustafaoğlu bilririr ki, çox maraqlıdır, ayədə elə bir məqam tərcümə zamanı nəzərdən qaçıb ki, orada məhz Allahdan gələn şahidliyin, həqiqətin gizlədilməsindən danışılırdı: “Əlbəttə, inşAllah ki alimlərimiz bunu bilərəkdən etməyiblər!
Allah bizləri hər cür yanlışlıqdan qorusun!..”