Qurandakı “Oxu!” kəlməsinin həqiqi mənası

qurandaki-oxu-kelmesinin-heqiqi-menasi
Oxunma sayı: 865

Ruslan Fərzəliyev Məhəmməd Peyğəmbərə vəhy olunan ilk ayəni Allah tərəfindən “elm öyrənməyə çağırış” anlamında yozur. Məhəmməd Peyğəmbərin hədisləri ilə Quranın həmin ayəsini sintez edir.

Əl-Ələq surəsinin, 1-ci ayəsi: “(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!”

İndi, Ruslan bəy, doğrudanmı, Qurandan iqtibas etdiyiniz "Oxu!" kəlməsi, sizin təbirinizcə desək, elm öyrənməyə təşviq edir?!

Doğrudanmı, Qurandan sitat gətirdiyiniz "Oxu!" kəlməsi, məsələn, “Word”, “Excel” proqramlarını bilməyənlərin gedib kompyuter kurslarında oxuyub öyrənməsi anlamına gəlir?! Gülməlidir, deyilmi?!

Ayələrdəki "Oxu!" kəlməsi sırf Qurana şamil olunur. Özü də Cəbrayıldan iqtibas olunmuş "Oxu!" kəlməsi, “təkrarla!” anlamındadır. Yəni, “...Rəbbinin adı ilə təkrarla!”. Əgər bununla razı deyilsinizsə, onda nədən Məhəmməd Peyğəmbərə savadsız deyirsiniz?! Əlifba bilməyən adam oxuya bilərmi?! Yox, əgər savadsız demirsinizsə, onda birinci sinfə gedərkən, əlifbanın hər hərfini, müəllimin ardıyca, tutuquşu kimi təkrarlamağımızı niyə unudursunuz?!