Qurban Bayramı Rusiya telekanallarında məcburi yayımlanacaq

qurban-bayrami-rusiya-telekanallarinda-mecburi-yayimlanacaq
Oxunma sayı: 645

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, belə bir qərar Millətlərarası münasibətlər məsələləri üzrə Hökumətlərarası işçi qrupu tərəfindən təsdiqlənib.

Artıq dövlət kanallarında bu mövzuya aid sənədli filmlər nümayiş olunacaq, “TV Mərkəz” və “Mir” kanallarında isə Sabantuy (tatar, çuvaş və başqırdların milli bayramı) və Qurban bayramı isə canlı olaraq yayımlanacaq.

Qeyd edək ki, bu üsulla hökumət millətlərarası münaqişələrlə mübarizə aparmaq niyyətindədir.