Qurban Bayramının vaxtı açıqlandı

qurban-bayraminin-vaxti-aciqlandi
Oxunma sayı: 886

“Qafqazinfo” xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Sabir Həsənli məlumat verib. O bildirib ki, Suriyada yaşanan hadisələrlə bağlı bu il Həcc ziyarətinə yollanacaq avtobuslar Suriyadan keçməyəcək, İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcək. Onun sözlərinə görə, bu çox rahat bir marşrutdur.

“Azərbaycanda Qurban bayramı noyabrın 6-da qeyd olunacaq. Zəvvarlar isə Həcc ziyarətinə avtobuslarla oktyabrın 25-26-dan yola düşəcəklər. Hər il olduğu kimi, bu il də Azərbaycandan təxminən 2000 nəfər Həcc ziyarətinə gedəcək. Həcc ziyarətinə avtobusla gedənlər 40-41 avtobusla yola düşəcəklər. İraq hökuməti Həcc ziyarətinə gedənlərin təhlükəsizliyinə təminat verib", - deyə o əlavə edib.

Səidə