Qurban kəsmək üçün xüsusi yerlər ayrılıb

qurban-kesmek-ucun-xususi-yerler-ayrilib
Oxunma sayı: 726

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Rusiyada islam dini nümayəndələrinə sanitar normalar uyğun olaraq, Moskva şəhəri ərazisində bayram zamanı heyvanların qurban edilməsi mərasiminə qadağa qoyulması ilə bağlı məlumat verilib.
Məlumatda deyilir ki, qurban mərasimi bu məqsədlər üçün nəzərdə tutulmuş xüsusi məkanlarda həyata keçirilməlidir. Müftilər Şurası qurbanlıq heyvanların kəsimi üçün Moskva ətrafı rayonlarda şəriətin və sanitar normaların bütün təlimatlarına riayət edən xüsusi təchiz olunmuş sexlərin istifadəyə verildiyini bildirib.

Daha əvvəl Rusiya Federasiyasının daha bir mərkəzləşdirilmiş müsəlman təşkilatı - Rusiya müsəlmanlarının Mərkəzi Dini İdarəsinin Moskva müftiliyi məlumat vermişdi ki, şəhərin içində qurbanlıq heyvanların satışına və öldürülməsinə icazə verilməyəcək.


Səidə