“Qurban Qurbanov hələ gəncdir” - AFFA prezidenti

qurban-qurbanov-hele-gencdir-affa-prezidenti-
Oxunma sayı: 664

Qol.Az saytının məlumatına görə, assosiasiya başçısı bu gün jurnalistlərə açıqlamasında yığmamızı yerli mütəxəssisin çalışdırmağını istədiyini bildirib.
Ancaq belə məşqçi sarıdan korluq çəkdiklərini gizlətməyən Abdullayev adı daha çox hallandırılan “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun namizədliyi ilə də bağlı fikrini açıqlayıb: “Məndən olsaydı, yığmamızın baş məşqçisinin yerli olmağını istərdim. Ancaq bizdə hələ o səviyyədə mütəxəssis yoxdur. Qurban Qurbanov isə hələ gəncdir. Milli komandamızın baş məşqçisi məsələsinə AFFA-nın İcraiyyə Komitəsinin iclasında aydınlıq gələcək”.

Qeyd edək ki, 2008-ci ilin aprelindən millimizi çalışdıran almaniyalı Berti Foqtsun AFFA ilə bağladığı müqavilənin müddəti bu ilin sonunda bitir.