Qurban Qurbanov tarix yazdı

qurban-qurbanov-tarix-yazdi
Oxunma sayı: 712

Ağdam təmsilçisi ilk görüşünü səfərdə Litva "Banqa"sına qarşı, AZAL isə doğma azarkeşləri önündə Belorusiya "Minsk"i ilə keçirib. Əslində isə püşkün nəticəsinə görə AZAL da "Qarabağ" kimi ilk görüşünü səfərdə keçriməli idi. Lakin UEFA bir ölkə təmsilçisinin eyni vaxtda bir şəhərdə oynamasına imkan vermədiyindən, oyunun yeri dəyişdirilərək Bakıya salınmışdı.

Lakin "Qarabağ"dan fərqli olaraq AZAL Avroliqaya uğursuz sart verib. AZAL bu cütün favoriti sayılsa da, rəqibi ilə bacarmayıb. İlk hissədə qapısında top görən AZAL az sonra rəqibini cəzalandırır. Lakin Nazim Süleymanovun komandasının bundan artığına gücü çatmır və oyun heç-heçə ilə başa çatır.

"Qarabağ" gəldikdə isə, Ağdam təmsilçisinin "Banqa" ilə oyunda hər hansı bir çətinlik çəkəcəyi inandırıcı görünmürdü. Belə də oldu. "Qarabağ"ın son 2 ildə nümayiş etdirdiyi oyunlar bunu deməyə əsas verirdi. Oyunboyu rəqibindən üstün nəzərə çarpan "Qarabağ" səfərdə 4:0 hesabı ilə qalib gələrək Azərbaycan futbol tarixində daha bir ilkə imza atıb. İndiyə kimi heç bir klubumuz səfərdə böyükhesablı qələbə (4:0) qazanmamışdı.

Qeyd edək ki, "Qarabağ" "Banqa"nı keçəcəyi halda Farer adalarının "Streymur", AZAL isə "Minsk"i mübarizədən kənarlaşdıracağı təqdirdə Türkiyənin "Qaziantepspor" klubu ilə qarşılaşacaq.



30 iyun

Avroliqanın birinci təsnifat mərhələsi


20:30. "Banqa" – "Qarabağ" 0:4
Qollar: Rəşad Sadiqov, 15 (0:1), Vüqar Nadirov, 33 (0:2), 69 (0:3), Bəxtiyar Soltanov, 86 (0:4)
Baş hakim: Torvaldor Arnason (İslandiya)
Qarqjday. "Qarqjday" stadionu.